Türkiyədə öldürülən azərbaycanlı avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib.
AranXəbər “Doğan” Agentliyinə istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini tələb edib.
Həmçinin prokuror çıxışında bu işlə əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (mərhum Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini istəyib və onların beynəlxalq axtarışa verildiyini qeyd edib.
Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinə müdafiə nitqinə hazırlamaq üçün vaxt verilib.
Qeyd edək ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib. Onun Rövşən Lənkəranskinin tərəfdarlarının sifarişi əsasında yaxın adamı Xaqan Zeynalov tərəfindən qisas məqsədilə öldürüldüyü deyilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…