Kateqoriyalar: Hadisə

Şəmkirdə Dini radikalizim və ekstremizin durdurulmasına dair sesiya keçirilib

ARANXƏBƏR-ə verilən məlumata görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Rgional Qeyri-Hökumət Təşkilatlarının Resurs və
Təlim İctimai Birliyi 17 oktyabr 2023-cü ildə Şəmkir rayon Heydər Əliyev Mərkəzində
“Radikal dini cərəyanların və ekstremizmin durdurulmasında mübarizə tədbirlərinin
təşkili” mövzusunda məlumatlandırma sessiyaları təşkil edilmişdir.
Radikal qruplara qarşı mübarizə bütün İslam dünyasının vəzifələrindən biridir.
Prezident İlham Əliyevin 2017-ci ili İslam Həmrəliyi İli” elan etməsi məhz radikal qrupların
bu əməllərinə qarşı İslam dünyasında ideoloji baxımdan birləşməni də özündə ehtiva edir.
Yəni hər bir azərbaycanlı əsl islami dəyərləri gözdən salmağa cəhd edənlərə qarşı
dayanmalı, onların qarşısını almalıyıq. Hesab edirik ki, Azərbaycanda yaşayan islam
dininə etiqad edən hər bir azərbaycanlı bir araya gəlməli və İslamı gözdən salmağa
çalışan qrupları ideoloji cəhətdən ifşa etməlidirlər. Biz görürük ki, radikal qrupların irəli
sürdüyü tezislər nə Qurani-Kərimə, nə də Peyğəmbərin hədislərinə söykənmir. Onlar
İslamı təhrif edir və dindən öz məqsədləri üçün istifadə etməyə calışırlar.Bu baxımdan
regionlarda da maarifləndirmə tədbirlərinin keçirilməsini zəruri hesab edir, fəaliyyətimizi
genişləndirir, Azərbaycanı İslam həmrəliyinin nümunəsi kimi dünyaya tanıtdırmalı, həm də
bu nümunəni bütün İslam dünyasında yaymağa çalışmalıyıq.
Radikal və ekstremist qruplara qarşı mübarizə İslam dünyasının özünün qarşısında
duran vəzifələrdən biridir. Əlbəttə, bunu yalnız "İslam radikalizmi və ekstremizmi” adı ilə
təqdim etmək də doğru deyil. Bu radikalizmdir. Ekstremizm və radikalizmin qarşısına İslam
ifadəsini qoymaq doğru olmazdı. Ekstremizm və radikalizmin özü terrorizmə bərabər bir
məfhumdur. Terrorun milliyəti, vətəni, dini olmadığı kimi, ekstremizm və radikalizmi də hər
hansı bir dinə bağlamaq doğru deyil.
Azərbaycanda dini radikal ekstremist qruplara qarşı mübarizə öz müsbət nəticələrini
verib. Ölkımizdə dini radikal qrupların təsiri altında olan məscidimiz yoxdur. Bütün
məscidlərimiz bu gün islami dəyərlərimizə və mövcud qanunvericiliyin tələblərinə əməl
edən məscidlərdir.

Sessiyada əsas məqsəd o idi ki, necə etmək lazımdır ki, insanlar arasında
bizim milli-mənəvi, dini dəyərlərimiz, əxlaqi qaydalarımız dünyanı öz ağuşuna almış bu
qloballaşma prosesini daha da zənginləşdirsin, ona bir növ öz töhfəsini versin.
Azərbaycan cəmiyyətinin birliyinin, sabitliyinin inkişaf etdirilməsinə, onun dini-
mədəni potensialının qorunması və möhkəmlənməsinə dəstək vermək, raikal dini
cərəyanlara qarşı mübarizə aparmaq üçün insanları marifləndirmək layihənin əsas
məqsədidir.
Dini radikalizm və ekstremizmlə mübarizə üçün maarifləndirici, preventiv
(qabaqlayıcı), proflaktik metodlardan istifadə etmək üçün iştirakçılara geniş məlumatlar
verildi.
Milli-dini dəyərlərin təbliğini gücləndirmək dini etiqad azadlığı mövzusunda sessiyalar
zamanı geniş müzakirələr təşkil edildi. İnsanların, daha çıx məktəblərdə yuxarı sinif

şagirdlərinin və gənclərin psixoloji problemlərdən uzaqlaşdırılması üçün təbliğat
vasitələrindən istifadə edilmısi mövzusunda matlandırma həyata keçirildi
Məlumatlandırma sessiyalarının əsas məqsədlərindən biri də dövlət-din
münasibətlərinin rolunun gücləndirilməsində, dini radikalizm və ekstremizmin
durdurulmasında ziyalıların, ictimayyətin, gəncələrin, yeniyetmələrin və yerli QHT-lərin
imkanlarının səfərbər edilməsinə nail olmaqdır.
Xarici qüvvələrin maliyyəsi ilə ölkədə fəaliyyət göstərən dini sektalara qarşı
mübarizə mövzusunda təbliğat işləri aparması haqqında tədbir iştirakıçları geniş
məlumatlamdırıldı.
Məlumatlandırma sessiyaları təlimçi, Qərb Xəbər radiosunun təsisşiçi və baş
redaktoru, Məhərrəm Göyüşoğlu tərəfindən həyata keçirilmişdir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024