30 ildən artıq müddətdə davam etmiş Qarabağ münaqişəsi Azərbaycanın heç bir yaşayış məntəqəsindən, hətta ailəsindən belə ağrısız ötüşməyib. İmişlinin təkcə bir kəndi- Qulubəyli bu münaqişədə 8 nəfər saknini şəhid verib.
Şəhidlərdən birinin övladı- Mütəllim Bədirov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İmişli rayon şöbəsinin sədri vəzifəsində işləyir. O, öz şəxsi vəsaiti hesabına yaşadığı kənddə şəhidlər üçün xatirə kompleksi inşa edib. Aprelin 30-da həmin kompleksin açılışı olub.
Tədbirdə İmişi rayon icra hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib. Kompleksin rəmzi açılışını bildirən qırmızı lenti övladlarını Vətən müharibəsində itirmiş valideynlər kəsiblər. Şəhidlərin xatirəsi yad edilərək onlarla bağlı xatirələr bölüşülüb.
Qeyd olunub ki, Qulubəyli şəhidlərindən ikisi- Əbdülrəhim Nadirov və Nəsib Cəfərov 1991-ci ilin iyununda Laçın rayonunun “Əriməz” yaylağına silahlı basqın zamanı qətlə yetirilb. Həmin ilin noyabrında Hadrud rayonunun Şaqax kəndi yaxınlığında xidməti borcunu yerinə yetirərkən şəhid olan polis zabiti İmamverdi Əliyev ölümündən sonra “Milli qəhrəman” adına layiq görülüb. 1992-ci ilin oktyabrında Fikrət Astanov Laçının Səfiyan kəndində gedən döyüşdə itkin düşüb. 1994-cü ilin yanvarında Nizam Ocaqov Füzulinin müdafiəsi uğrunda şəhid olub. İkinci Qrabağ müharibəsində isə daha 3 gənc: Elşən Cəfərli, Abas Şahbazov və Rüfət Mehdizadə ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını itiriblər.
Tədbirdə çıxış edənlər yekdiliklə bu fikri vurğulayıblar ki, nizami ordu quruculuğu, milli həmrəylik nümayişi Azərbaycan ordusunun qələbəsində həlledici amil olub. Həmçinin qeyd olunub ki, müharibədən sonrakı dövrdə yerlərdə inşa edilən bulaq, abidə və komplekslər şəhid xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, indiki və gələcək nəsil üçün and yeri kimi də əhəmiyətlidir.
Tədbirin sonunda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…