Mayın 1-dən Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcəyi ehtimal olunur.
Bununla bağlı aprelin sonlarında Operativ Qərargahın iclasının keçiriləcəyi də bildirilir.
Millət vəkilləri qərarın hazırlanması ilə bağlı müzakirələrin aparıldığını mətbuata açıqlayıb.
“Son statistika da göstərir ki, artıq koronavirusdan tamamilə uzaqlaşmışıq. Əminəm ki, Operativ Qərargahın növbəti brifinqində ictimaiyyət üçün daha xoş xəbərlər veriləcək”, – deyə Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib.
Paytaxt sakinləri isə yoluxmanın və ölüm hallarının kəskin azalmasına görə artıq tibbi maskaya ehtiyac olmadığını düşünür. Onu da bildirək ki, Çinin səlahiyyətli orqanları 25 milyon əhalisi olan Şanxayda COVID-19 virusunun yeni dalğasının yayılmasından sonra şəhərdə karantin müddətinin uzadılması barədə qərar qəbul edib. Lakin mütəxəssislər hesab edirlər ki, Çində yaranan bu vəziyyət yeni qapanmaya səbəb olmayacaq. Çünki artıq insanlarda bu virusa qarşı immunitet yaranıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…