Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Sabirabad şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 29 mart tarixli müvafiq Qərarı ilə təsdiq edilib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, 2038-ci ilə qədər olan dövr üçün nəzərdə tutulan Sabirabad şəhərinin sayca dördüncü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənilib. Yeni sənədin hazırlanması müddətində şəhər üzrə aparılmış çoxsaylı ərazi təhlillərinə əsaslanaraq gələcək inkişaf prioritetləri təyin olunub.
Baş planda hesabat müddətinin sonuna kimi şəhər əhalisinin 53 min 500 nəfərə çatması ehtimal edilir. Bunu nəzərə alaraq, yeni yaşayış sahələrinə tələbatı ödəmək məqsədilə çoxmərtəbəli binaların tikintisi təklif olunur, adambaşına düşən ümumi yaşayış sahəsinin 24 kvadratmetrdən 25 kvadratmetrə qədər artırılması nəzərdə tutulur. Artım dinamikasına əsasən şəhərdə ictimai-işgüzar zonanın, yeni təhsil, səhiyyə, idman, mədəniyyət və əyləncə məkanlarının yaradılması planlaşdırılır. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqların azalmasının qarşısının alınması, tarixi ərazilərin qorunması və müasir memarlıq yanaşmalarının tətbiqi prioritet sayılır.
Baş plan layihəsində inkişaf tempinə uyğun olaraq nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin şaxələndirilməsi, küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 9,65 kilometrdən 20,38 kilometrə çatdırılması nəzərdə tutulub.
Sənəddə iqtisadiyyatın və turizmin inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin həlli yolları da öz əksini tapıb. Bir neçə sənaye sahəsinin birləşməsi ilə vahid yeni sənaye ərazisinin ayrılması, istirahət zonasının qurulması, şəhər ətrafında məişət tullantıları üçün müasir poliqonun yaradılması təklif edilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…