Kateqoriyalar: Hadisəİmişli

İmişlidə şagirdlər üçün “Novruz bizə miras qalan tarixi irsimizdir” adlı tədbir təşkil edilib

İmişli şəhər Nəriman Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində Novruz şənliyi təşkil edilib.

Məktəbin müəlliməsi Röyadə Musayevə bildirib ki, Novruz şənliyinin milli adətlərimizə uyğun olaraq təşkil edilməsi şagirdlərə bayramın tarixi barədə ənənələrin aşılanması və tarixi irsimizin qorunub saxlanılması məqsədi daşıyır. Bayram şənliyində şagirdlər özləri Novruzun simvolları olaraq tədbirində rol alıblar. Xalqımızın gözəl bayramı olan Novruz, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri birləşdirdiyi üçün şagirdlərdə əsl bayram ab-havası yaradıb. Şənliyin daha rəngarəng keçməsi üçün müxtəlif oyunlar təşkil edilib. Həmçinin tədbir iştirakçıları Novruzu milli geyimlərdə qarşılayıblar. Bundan başqa, Novruzun əsas simvolu olan Keçəl və Kosa, Bahar qızı obrazını da məktəblilər özləri canlandırıblar. Xalqımızın qədim milli ənənələrinə həsr olunan şeir və mahnılardan ibarət kompozisiyalar, şagird kollektivlərinin nümunəvi çıxışları şənliyə xüsusi rəng qatıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024