Kateqoriyalar: HadisəSaatlı

Yeniyetmələr arasında sərbəst güləş üzrə Saatlı rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Saatlıda “İdman həftəsi” çərçivəsində sərbəst güləş üzrə yarış keçirilib.

Rayon Gənclər və İdman İdarəsindən  bildirilib ki, Gənclər və İdman Nazirliyi tərəfindən cari il fevralın 27-dən martın 5-dək ölkə ərazisində “İdman həftəsi” elan edilib. Bununla əlaqədar olaraq Saatlı rayon Gənclər və İdman İdarəsi tərəfindən bir sıra idman tədbirləri təşkil olunur. Tədbirlər planına əsasən, Saatlı rayon Gənclər və İdman İdarəsi və Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Açılış mərasimində çıxış edən Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Abdulla Nurəliyev güləşçilərə uğurlar arzulayıblar.

İki gün davam edən yarışda müxtəlif çəki dərəcələri üzrə 50-dən çox yeniyetmə pəhləvan gücünü sınayıb. Qaliblər rayon Gənclər və İdman İdarəsi, Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən diplomlarla təltif olunublar.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024