Kateqoriyalar: MədəniyyətRegion

“Girov qan” kitabının təqdimatı oldu

Martın 1-də şair Nazim Zahidin “Girov qan” adlı yeni kitabının təqdimatı olub.

aranxeber.com  məlumat verir ki, Nazim Zahid İmişli rayonu, Qafar Babaşov adına Qaravəlli kənd tam orta məktəbində rus dili müəllimi işləyir. Şagirdlərin sevimli müəllimi olan Nazim Zahid daim yeniliklər edir, uşaqları təhsilə cəlb etmək üçün müxtəlif həvəsləndirici tədbirlər, bilik yarışları keçirir.

Nazim Zahid həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, istedadına görə “İti qələm” Respublika Ədəbi Birliyinin fəxri diplomu ilə təltif olunub.

Şairin “Girov qan” kitabında povest və hekayələri toplanıb. Kitabda “Girov qan”, “Acı xatirə”, “Ata yurdu”, “Cazibə” və s. kimi əsərlərə yer verilib. “Girov Qan” əsərində yaralı yerimiz olan Qarabağ mövzusuna toxunulmuşdur

Yazıları vaxtaşırı mətbuatda çap olunan şairin, özünəməxsus oxucu kütləsi var. “Girov qan” kitabı yazarın “Yağış altda yol gedirəm”, “Yarımçıq monoloq” və “Yarımçıq nəfəsdir ömür” kitablarından sonra sayca dördüncü kitabıdır.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024