Kateqoriyalar: BaşDünya

Heydər Əliyev Fondu Bolqarıstanda xeyriyyə aksiyası keçirib – FOTO

Heydər Əliyev Fondu Bolqarıstanda xeyriyyə aksiyası keçirib – FOTO

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə qismində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən “Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu – Tsaritsa Yoanna xəstəxanası”na 10 ədəd Almaniya istehsalı oksigen konsentratoru aparatları (ağciyərlərin süni havalandırma aparatları) təqdim edilib.

AranXəbər-in APA-ya əsasən verdiyi xəbərə görə, Bolqarıstan Respublikası hökumətinin nümayəndələri və Səhiyyə Nazirliyinin rəhbərliyinin iştirakı ilə keçirilmiş xeyriyyə tədbirinin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov bu xeyriyyə addımının COVID-19 pandemiyası ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiri təşkil etdiyini vurğulayıb.

Bolqarıstan Respublikasının səhiyyə naziri tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda yaşanan hazırkı kritik şəraitdə koronovirus infeksiyasına yoluxmuş insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından Heydər Əliyev Fondunun bu xeyriyyə addımın olduqca vaxtında atıldığı və yüksək təqdirəlayiq hal olduğu diqqətə çatdırıb.

Qeyd edək ki, xeyriyyə aksiyası Bolqarıstanın yerli televiziya və radio kanalları, həmçinin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024