İqtisadiyyat Nazirliyi kənd təsərrüfatı istehsalı və emalı ilə məşğul olmaq istəyən sahibkarları “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində Yevlaxda yaradılması nəzərdə tutulan aqroparkda fəaliyyət göstərməyə dəvət edir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müasir infrastrukturla təmin olunacaq aqroparkda sahibkarlar öz biznesini qura və ya fəaliyyətini genişləndirə bilərlər. Aqroparkın ərazisində emal sahələrinin, bina və qurğuların, texnika parkının, müxtəlif təyinatlı anbarların və sair inşası nəzərdə tutulur. Aqroparkın ərazisində torpaq sahələri 20 hektaradək hissələrə bölünməklə müasir suvarma sistemi ilə təmin ediləcək və sahibkarların istifadəsinə veriləcək. Aqropark ərazisində bitkiçilik məhsullarının (bağçılıq, toxumçuluq üçün dənli bitkilər, tingçilik, istixana şəraitində tərəvəz bitkiləri və sair) əkini üçün sahələr yaradılacaq. Aqroparkın sənaye zonasında emal müəssisələri yaratmaq niyyətində olan sahibkarlara üstünlük veriləcək.
Əlavə məlumatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə elektron poçt ünvanı (office@scip.az) və (+994 12) 488-80-65 (daxili 166 və 169) telefonlarla almaq olar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…