Kateqoriyalar: BaşHadisəMingəçevir

Mingəçevirdə heroin və “patı” satan şəxs saxlanıldı – FOTO

Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.  Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Belə ki, İran vətəndaşının ona göndərdiyi bank hesabına pul yüklədikdən sonra narkotik vasitəni gizlətdiyi ərazinin fotosunu N.Əmirova göndərib.

Araşdırma zamanı şübhəli şəxsin iki ay öncə başqa bir Mingəçevir şəhər sakininə metamfetamin (patı) satdığı da müəyyən edilib.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Zaur Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024