Ağsunun Ərəbmehdibəy kəndində İKT Qızları adlı layihənin icrasına başlanılıb.
Layihə rəhbəri Xəyalə Nadir bildirib ki, Ərəbmehdibəy kəndi Ağsu rayon mərkəzindən 35 km uzaqlıqdadır və dağətəyi kənddir. Layihə çərçivəsində həmin kənddən 5 qrup olmaqla, 15 nəfər qadın (13 – 25 yaş arası qadınlar) cəlb olunub. Beləliklə, hədəfimiz Ərəbmehdibəy kəndindən ən az 15 nəfər qadının həyatında müsbət dəyişiklik etməkdir. Layihədən birbaşa qızlar amma dolayısı yolla onların ailəsi və bütün icma faydalanacaq. Həftənin 4 günü kompyuter kursları keçirilir, hər mövzunun sonunda iştirakçıların mənimsəmə qabiliyyəti yoxlanılır. Qeyd edək ki, kurslarda, Microsoft Office (Word, Excel, PowerPoint) proqramları, internet və e-mailin açılması, səmərəli istifadəsi və qızların inkişafına yararlı ola biləcək saytlardan qeydiyyatdan keçmək qaydaları tədris edilir.
Layihənin məqsədləri qızları informasiya kommunikasiya texnologiyaları haqqında məlumatlandırmaq, qızların İKT bacarıqlarını inkişaf etdirmək, qızların internetdən səmərəli istifadəsini öyrətmək, kənd qızlarının sosiallaşdırılması, aktivləşdirilməsi və cəmiyyətə inteqrasiyasını təmin etmək və qızlarda özünüdərk, özünəinam və şəxsi inkişaflarına nail olmaqdır. Layihə 2021- ci ilin İyun ayından etibarən fəaliyyətə başlayıb.
Qeyd edək ki, “İKT QIZLARI” layihəsi Amerika Səfirliyinin maliyyə dəstəyi ilə keçirilən “Changemakers” layihəsinin qaliblərindən biri olub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…