Kateqoriyalar: HadisəÖlkə

Pol Qobl: “Azərbaycan və Türkiyə düzgün istiqamətdə irəliləyirlər”

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasındakı son görüş mütəxəssislərin diqqət mərkəzində olmaqda davam edir. Liderlər nədən danışdılar? Cənubi Qafqaz və bu yaxınlarda Qarabağ uğrunda Azərbaycanın qalib gəldiyi müharibə məsələləri müzakirə olunubmu?

Məşhur amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl fikirlərini Caliber.Az-la bölüşüb:

“Hesab etmirəm ki, Co Bayden və Vladimir Putin arasında Cənubi Qafqazla bağlı danışıqlar olub. Ümumiyyətlə, hər iki lider fikir ayrılığının necə həll ediləcəyi barədə danışmaqdansa, öz mövqeyini ifadə etmiş kimi görünür. Düşünürəm ki, indi müzakirələr daha çox nazirlər və səfirlər səviyyəsində aparılacaq.

Ancaq deyərdim ki, ən vacib hadisə 16 iyunda baş verənlər  (ABŞ və Rusiya Federasiyası liderlərinin Cenevrədəki görüşü – red.) yox, Azərbaycan və Türkiyə prezidentləri arasındakı danışıqlar və Şuşada bəyannamənin imzalanmasıdır. Bu vəziyyəti dəyişdirdi və Türkiyəni gələcək müzakirələrdə vacib oyunçuya çevirdi.

Baş verənlər Azərbaycanın xeyrinə işləyir və çətin ki, Rusiyanı sevindirir. Minsk qrupuna gəldikdə: işlərin daha da irəliləməsi üçün qrup ya genişləndirilməli, ya da dəyişdirilməli, ya da ümumiyyətlə dağıdılmalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada verdiyi açıqlamalar və Ankaraya qayıtdıqdan sonra dəhlizə (Zəngəzurda – red.) dəstək olaraq bu sözləri təkrarlaması məni çox sevindirdi. 30 il əvvəl ərazilərin mübadiləsini təklif etdim (1992-ci ildə müsahib “Qobl Planı” adlı bir memorandum hazırladı. Orada Qarabağ münaqişəsinin ərazi mübadiləsi yolu ilə həll edilməsi ideyasını irəli sürdü. Bu plana görə, Azərbaycana Qarabağ və Ermənistan arasındakı Laçın dəhlizinin əvəzinə Ermənistanın Mehri bölgəsindən Naxçıvana dəhliz təklif edildi – red.). Və mən təklifimin həyata keçirilməməsinə çox şadam.

Ermənistan və Rusiyanın narazı qalması onu göstərir ki, Azərbaycan və Türkiyə Ermənistana güzəştə getmədən Bakının çoxdan ümid etdiyi şeyə çatmağa doğru irəliləyir.

Ermənistan isə ola bilsin ki, “mənim planım”ın istifadə olunmasını nəzərdə tuturdu”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024