Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və kənardakı beton lövhəyə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü, həmçinin sərnişinlər – Mingəçevir şəhər sakini 61 yaşlı İsmayılova İradə Məmməd qızı və Şəki rayon sakini 42 yaşlı Məmmədov Kamran İmran oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…