“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Sədr müavini xatırladıb ki, hazırda ölkədəki məscidlər fəaliyyət göstərmir: “Onların fəaliyyəti üçün hələ ki, münbit şərait yoxdur. Çünki pandemiya şəraiti buna imkan vermir. Ona görə də məscidlərimiz, ziyarətgahlarımız bağlıdır. Sevindirici haldır ki, dindarlarımız da bunu anlayışla qəbul edirlər. Çünki virus və onun yaratdığı fəsadlar hər birimizə bəllidir”.
“Adətən, Ramazan ayında yardımlaşma, bir-birini ziyarət etmə və kütləvi iftar mərasimləri təşkil edilir və dinimiz də bunu təqdir edir. Amma QMİ-nin fətvasında buna toxunulub ki, belə iftarların təşkil edilməsi məqsədəuyğun deyil və yolverilməzdir. Buna həm də mövcud vəziyyət və qəbul edilmiş qərarlar imkan vermir. Ona görə də dindarlarımıza tövsiyə edirik ki, iftar süfrələrini öz evlərində ailə üzvləri ilə birlikdə açsınlar”, – deyə o, əlavə edib.
G.İsmayılov qeyd edib ki, kütləvi iftar süfrəsi açmaq istəyən insanlar ona xərcləyəcəkləri vəsaiti imkansızlara yönəldə bilər:
“Bizim məscidlərimizin icmaları, din xadimləri var. Onlar artıq belə kampaniyaya başlayıblar ki, xeyir əməl etmək istəyənlər onlara müraciət edə bilər və bununla da iftara sərf olunacaq vəsait icmaya köçürülə bilər. Həmin vəsait isə təbii ki, ehtiyacı olan insanların iftarı üçün nəzərdə tutulub”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…