Yəmənin Taiz bölgəsindəki hərbçilərin yerləşdiyi məktəbə raket zərbəsi endirilib.
Metbuat.az xəbər verir ki, iddialara görə hücum zamanı azı 15 hərbçi və 3 dinc insan həlak olub. Məlumata görə, son günlər hərbçilər bəzi məntəqələrdə irəliləyiş əldə etsələr də, Husilərin müqavimətini qırmaq mümkün olmayıb. Ordu Husilərin son qalası hesab olun Marib bölgəsində ciddi təzyiqlə üzləşib. Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən ordusu İHA-ların vasitəsilə Husiləri məğlub etmək niyyətindədir.
İddialara görə, bu məqsədlə Səudiyyə Ərəbistanı Türkiyədən İHA-lar istəyib. Səudiyyə mediasının məlumatına görə, tərəflər məsələ ilə bağlı Qətərda danışıqlar aparıb. Bildirilir ki, prezident Rəcəb Tayyib Ərdoğanın razılığı olarsa, İHA-ların Yəmənə göndərilməsi ilə bağlı problem olmayacaq. Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanında olan ABŞ İHA-larının 3-cü ölkədə istifadəsi qadağan olunduğundan krallıq onları Yəmənə göndərə bilmir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…