Kateqoriyalar: BaşHadisəÖlkə

TƏCİLİ! Metro ilə bağlı açıqlama: Həftəsonu işləyəcək, amma…

Mart ayının 13-14-də koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə sərnişindaşımada yaranmış fasilə müddətində “Bakı Metropoliteni” QSC-nin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq.

İnfeksiyanın ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, xüsusi karantin rejiminin müddəti 1 aprel saat 06:00-a qədər uzadılıb.

Sərnişin daşınmadığı müddətdə Bakı metropolitenində müntəzəm tədbirlər hər bir sahədə texniki-normativ tələblərə uyğun olaraq, davamlı aparılır. Normal iş rejimi şəraitində yoxlamanın məqsədi isə metropoliten infrastrukturunun vahid sistem kimi bir daha yoxlamaqla qiymətləndirmək və hazırlıq səviyyəsinin optimallığını qoruyub saxlamaqdır.
Yoxlama çərçivəsində qatarlar metropoliten xətlərində müəyyən edilmiş qrafikə uyğun hərəkətə gətiriləcək və gün ərzində işləyəcək. Bu zaman hərəkətin təşkili və idarə olunması, o cümlədən infrastruktura daxil olan elektrik təchizatı və digər mühəndis-texniki sistemlərin, qurğu və avadanlıqların adi iş rejimi qaydasında yoxlanılması da həyata keçiriləcək.

Yoxlamanın daha bir hədəfi aidiyyəti üzrə işçi personalının peşə vərdişlərini qiymətləndirmək və möhkəmləndirməkdir.

“Bakı Metropoliteni” QSC ictimaiyyətin diqqətinə çatdırır ki, yoxlama tədbirləri zamanı sərnişin daşınmayacaq. Ümumən “COVID-19” pandemiyası şəraitində tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə tənzimlənir.
Onu da əlavə edək ki, əldə olunmuş müsbət nəticələr fonunda bu tədbirlər qiymətləndirmənin müqayisəli şəkildə təhlilini aparmağa, infrastrukturun və işçi heyətinin hazırlığını daha əmin, optimal vəziyyətdə saxlamağa imkan verir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024