13-22 mart tarixlərində keçiriləcək şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun daha iki rəqibinin adı məlum olub.
Bunlar argentinalı Alan Piçot və isveçli Nils Qrandeliusdur.
Onlar Aryan Tari (Norveç) və Maks Varmerdamın (Niderland) qatıldığı dördlü təsnifat yarışında ən çox xal yığaraq 220 min dollar mükafat fondu olan “Magnus Invitational” turnirində iştirak etmək hüququ əldə ediblər.
Qeyd edək ki, digər iştirakçılar bunlardır: Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Qiri, Yorden van Foreest (hər ikisi Niderland), Vesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan) və Əlirza Firuzca (FIDE).
Yarışa martın 13-ü Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…