Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Şəki şəhər 9 nömrəli tam orta məktəb və Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə koronavirus xəstəliyinin (COVID-19) yayılması ilə bağlı dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbin direktoru və direktor müavini koronavirusa yoluxub.
Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.
Şəki Şəhər Təhsil Şöbəsi məktəblərdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı təsdiq edib.
Qeyd edək ki, bu gün Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə də dərslərin distant formada keçirilməsi qərara alınıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…