Kateqoriyalar: HadisəTəhsil

SON DƏQİQƏ – Məktəblərin bağlanmağı ilə bağlı AÇIQLAMA

Bakıda məktəblərin koronavirusa görə yenidən bağlanılması, distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Bildirilir ki, artıq 5- ə yaxın orta məktəb virusa görə tədris prosesini müvəqqəti olaraq distant rejimə keçirib.

Bununla bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb:

“Virus səbəbilə bağlanan məktəblərin sayı artıq 10-dan çoxdur. Bəziləri statistikaya daxil edilməsə belə, məndə olan məlumata görə artıq Qaradağ rayonunun Lokbatan qəsəbəsində də iki məktəb fəaliyyətini dayandırıb. Həmçinin ölkədə virusa yoluxmağa görə digər məktəblər də tədris prosesinin istiqamətini dəyişib. Bu gözlənilən idi və artıq yüzdən çox sinif yoluxmaya görə bağlanıb.

Məktəblərdə yoluxma sayı dedikdə, təbii ki, ümumi kontingentin yoluxma kütləsini başa düşürük. Bilirik ki, bu ciddi rəqəmdir və hesab edirəm ki, yoluxmuş şəxslər müəyyənləşdirilməlidir. Ona görə ki, görülməli işlər tam şəkildə həyata keçirilməyib, səhlənkarlıqlar müşahidə olunub. Yoluxma sayı artarsa, birmənalı şəkildə tədris prosesi dayandırılacaq. Yəni məktəblər bağlanacaq. Çünki, görürük ki, yoluxma dinamikası artıq artır.

Qeyd edim ki, tədrisin distant olduğu müddətdə belə, şagirdlər arasında yoluxma halları var idi. Hazırda tədris prosesi əyani keçildiyinə görə virusun digər şəxslərə keçməsi məsələsi də var. Olanları nəzərə alsaq, ölkədə karantin rejiminin sərtləşdirilməsini düşünə bilərik. Buna baxmayaraq düşünürəm ki, bütün hallarda təhsil müəsissələrinin yenidən bağlanmasına ehtiyac yoxdur “.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024