“Azərbaycanın nəzarətində olan “Artsax” əraziləri” Bakı tərəfindən işğal edilib”
Belə təxribatçı bəyanatla Qarabağ ermənilərinin qondarma milli məclisi açıqlama yayıb.
Həmin bəyanatda bildirilir ki, “Artsax Respublikası”nın Milli Məclisi 2 sentyabr 1991-ci ildə SSRİ qanunvericiliyi və beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağın müstəqilliyinin elan olunduğunu bir daha təsdiqləyir.
Deyəsən, ermənilərə “Dəmir yumruq” əməliyyatı dərs olmayıb. Əslində, bu, rus sülhməramlılarının regionda öz missiyasını tam yetirməməsindən irəli gəlir
Həmin bəyanat açıq-aşkar Azərbaycanı yeni hərbi əməliyyatlara təşviq edir. Bəyanata görə, erməni millətçiləri hesab edir ki, 1992-2020-ci illərdə regional sabitliyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təmin etmək məqsədi ilə danışıqlarda Qarabağın erməni icması münaqişənin tərəfi kimi iştirak edib.
ATƏT-in Minsk Qrupu çərçivəsində müxtəlif formatlı danışıqlarda Qarabağın erməni icmasının tərəf kimi iştirak etməsi barədə qondarma qurumun bu açıqlaması ağ yalandır. Görünən odur ki, erməni icmasının “başbilənləri” suyu bulandırmaqla kimlərinsə dəryada balıq tutmaq sevdasını gerçəkləşdirmək niyyətindədirlər.
Ermənilərin həyasızlığı gör hansı həddə çatıb ki, qondarma qurumun qondarma “Milli Məclisi” Azərbaycan torpaqlarının Ordumuz tərəfindən işğal olunduğunu elan edir.
Sözün bitdiyi an!
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…