Kateqoriyalar: İdmanRegion

“Mil-Muğan” məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsində 15-ci turun oyunları keçirilib. Bu oyunlardan biri Zaqatala şəhər stadionunda baş tutub. “Zaqatala” komandası İmişlinin “Mil-Muğan” klubunu qəbul edib.

“Mil-Muğan”ın baş məşqçisinin köməkçisi Ruhid Usubovun aranxeber.com-a verdiyi məlumata görə, oyun yerli komandanın hücumları ilə başlayıb. İmişlililər əsas diqqəti müdafiəyə yönəldərək, əks-hücumlarla rəqibin qapısına yol tapmağa çalışıblar. “Zaqatala”nın hücumları 30-cu dəqiqədə öz bəhrəsini verib. Cavad Kazımov dəqiq zərbə ilə şimallıları irəli çıxarıb: 1:0. Bundan sonra da meydan sahibləri ərazi üstünlüyünü davam etdiriblər. 36-cı dəqiqədə Cavad Kazımov yenidən fərqlənərək qonaq komandanı mərkəzə dəvət edib.

İkinci hissədə “Mi-Muğan” oyunu bərabərləşdirsə də, məğlubiyyətdən qaça bilməyib. Bir neçə epizodda İmişli təmsilçisi hesabı dəyişməyə yaxın olsa da, qapı tiri və müdafiəçilər buna imkan verməyiblər. Zaqatalalılar müdafiəyə diqqəti gücləndirərək özlərinə sərfəli nəticəni qoruya biliblər.

Beləliklə, ötən tur öz meydanında “Ağsu”ya böyük hesabla (4:0) qalib gələn “Mil-Muğan” bu dəfə səfərdə “Zaqatala”ya 2:0 hesabı ilə məğlub olub.

 

[Best_Wordpress_Gallery id=”51″ gal_title=”“Mil-Muğan” Regional Liqa təmsilçisinə qalib gəldi”]

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024