Koronavirus pandemiyasına görə, ölkə ərazisində 2020-ci ilin martın 24-dən tətbiq olunan karantin rejimi bitmək bilmir. Buna səbəblərdən biri isə insanların qaydalara riayət etməməsidir.
Baxar.az xəbər verir ki, bu müddət ərzində minlərlə sakin pandemiyanın tələblərini pozduğuna görə məsuliyyətə cəlb olunub. Məsuliyyətə cəlb olunanlar arasında siyasi partiya rəhbərləri, fəallar, jurnalistlər də var. Pandemiya dövründə insanların açıq havada belə tibbi maskadan istifadəsi məcburidir.
Milli Məclisin üzvləri isə cərimələrin dəfələrlə artırılması səbəbi ilə qərarlar qəbul edib. Prezident İlham Əliyev özü də vətəndaşlara müraciət edərək özlərini və ətraflarını qorumalarını tələb edib. Bu gün isə sosial şəbəkələrdə deputatların heç bir tibbi maskadan istifadə etmədiyi görüntülər yayılıb. Jurnalistlər isə bu fotoları paylaşaraq deputatların cəzalandırılmalarını tələb edirlər.
Qanunları pozan deputatlar arasında Milli Məclisin sədrinin 1-ci müavini Adil Əliyev, Mixail Zabelin, Əli Hüseynli və cəmiyyətin də tanımadığı bir neçə deputat var.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…