Kateqoriyalar: HadisəÖlkə

“Bu xəbər İlham Əliyevə çatan kimi Nəcməddini qovdu…”

Səfər Əbiyev kimi nazir, Nəcməddin Sadıqov kimi Baş Qərargah rəisi sadəcə, biabırçılıq idi. Hamısı da general-polkovnik rütbəsi daşıyır.

Bu sözləri “Babat debat” Yutub kanalındakı müsahibəsində uzun illər hərbi və mülki prokurorluq sistemində çalışan, “döyüşçü prokuror” olaraq təqdim edilən Fərman Rzayev deyib.

O, maraqlı bir tarixi faktı açıqlayıb:

“Valeh Barşadlı vardı, rəhmətlik, əsl peşəkar general, Ulu öndər Heydər Əliyevin yetirməsi idi. Səfər Əbiyevə dedi ki, sən necə gəlib Qərargaha çıxmısan? O vaxt Səfər Əbiyev Qərargah rəisinin müavini idi. Ona dedi ki, mən sənə tağım da etibar etməzdim. Amma bu adam gəlib müdafiə naziri oldu”.

F.Rzayev Səfər Əbiyevin müdafiə naziri olmasının səbəblərinə də toxunub. İddia edib ki, onu “5-ci kolon” vəzifəyə gətirib:

“Bunlar şimal qonşumuzun tör-töküntüləridir. O cümlədən Nəcməddin Sadıqov. Ordumuzdan qovulandan sonra onun haqda Rusiya kanallarında bildirilir ki, “qoy, Azərbaycan unutmasın ki, onun ordusunu Nəcməddin Sadıqov qurub”. Necə qurub? Nəcməddin Azərbaycan ordusunu dağıdıb, o, xəyanətkardır”.

R.Rzayev bildirib ki, Səfər Əbiyev, Nəcməddin Sadıqov və onların orduya sırıdıqlarının Azərbaycan ordusuna vurduğu ziyanı heç nə ilə izah etmək mümkün deyil.

O, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun ordudan uzaqlaşdırılmasını da xəyanət kimi qiymətləndirib.

“Xüsusi idarədə işləyirdi, İlqar Mazanov, onun müavini İlqar Səfərov… – canavar kimi əsgərlər idi. Bu xüsusi təyinatlılar 2016-cı ilin aprel savaşında irəli atıldılar, döyüşə-döyüşə haralara qədər aldılar. Ancaq arxadan kömək gəlmədi, onlar mühasirəyə düşdülər. Sonra özləri mühasirədən çıxmışdılar, döyüşə-döyüşə – ölən öldü, yaralanan yaralandı”, – o bildirib.

F.Rzayev iddia edib ki, İkinci Qarabağ savaşının ilk günündə Ordumuz itkilərə məruz qalıb:

“Taktikanı kim qururdu? Əlbəttə ki, Baş Qərargah rəisi Nəcməddin Sadıqov. Nəcməddin ordumuzu tələyə saldı, hücumu sağa istiqamətləndirdi, Ağdama doğru. Hansı ki, 30 ildir ermənilər tunellər, istehkamlar, tələləri məhz orda qurublar. Nəcməddin ermənilərin ən güclü olduğu istiqamətə hücum planı hazırlamışdı.

Nəcməddin, hətta, əmr vermişdi ki, türk komandanlarını nazirliyə, qərargahlara yaxın buraxmayın! İlk itkilərimiz də o istiqamətdə oldu. Ancaq yenə də cənab Prezident! İlham Əliyev gənc olsa da, sanki 100 ilin komandanıdır, Suvorov kimi. Ona xəbər çatan kimi Baş Qərargaha gəldi, məsuliyyəti öz üzərinə götürdü, əməliyyatlardan Baş Qərargah rəisini və naziri uzaqlaşdırdı, birbaşa döyüş meydanlarındakı korpus komandirlərini çağırdı, dərhal tapşırıqlarını verdi, əməliyyatın istiqamətini və taktikasını dəyişdirdi. Ordumuz anında cənubdan girib, ermənilərin darmadağınının əsasını qoydu”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024