44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşməni döyüş meydanında darmadağın edən şanlı ordu, öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. Ermənistanın məğlubiyyətini əks etdirən 10 noyabr bəyanatından sonra sərhədlərin müəyyən edilməsi (demarkasiya) nəticəsində yeni ərazilər Azərbaycana təhvil verilir.
Aranxeber bildirir ki, mövzu ilə bağlı fikirlərini “konkret.az”-a şərh edən politoloq Əziz Əlibəyli deyir ki, 10 noyabr sazişi əsasında indiyə qədər Azərbaycana 30-dan artıq kənd qaytarılıb: “Bunlar Cəbrayılın, Qubadlının və Laçının müəyyən kəndləridir ki, döyüş nəticəsində onlar qaytarılmamışdı. Qazağın 7 kəndi və Kərkinin məsələsi ona görə həll olunmalıdır ki, dəhliz problemi öz həllini tapsın. Dəhliz problemi həllini tapdıqdan sonra, Qazağın 7 kəndi və digər məsələlər həll olunacaq”.
Əziz Əlibəylinin sözlərinə görə, demarkasiya nəticəsində Ermənistanın 40 kəndi və Qeqarkunik rayonu Azərbaycan əsgərinin nəzarəti altına düşüb: “Qeqarkunik rayonu Göyçə gölünün sahillərini əhatə edir. Bu ərazilər Göyçənin qədim Kəvər elləri dediyimiz bölgələrə aiddir. O bölgələrin Azərbaycanla sərhəd olan hissələrində – Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Qubadlı və digər rayonlarda Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının əsgərləri döyüş xidməti həyata keçirirlər. Bu bölgələrdə həm sərhədin tam şəkildə təmin edilməsi, həm də demarkasiya ilə bağlı yeni sərhədlərin müəyyənləşdirilməsi nəticəsində 40-a yaxın kənd və Qeqarkunik şəhəri Azərbaycan əsgərinin nişangahı altına düşüb”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…