Kateqoriyalar: HadisəÖlkə

Vətən müharibəsində yeddi nəvəsi iştirak edən nənə – VİDEO

Əslən Göyçə mahalından olan, Göygöl rayonunda yaşayan 81 yaşlı Nərgiz Həsənovanın yeddi nəvəsi Vətən müharibəsinin iştirakçısı olub.

“Report”un məlumatına görə, döyüş zamanı zabit və müddətdən artıq hərbi xidmətdə olan nəvələrinin yolunu gözləyən, onlar üçün böyük narahatlıq keçirən N.Həsənova bu gün nəvələrinin yanında olmasından sevincli olduğunu, torpaqların işğaldan azad edilməsində onun nəvələrinin payı olmasından qurur duyduğunu bildirib.

Nəvələrindən biri müharibədə yaralandığı üçün müalicə olunur, digər bir nəvəsi isə məzuniyyətdədir. Qalanları isə hazırda da Vətənin keşiyindədir. N.Həsənovanın nəvəsi, bir neçə istiqamətdə gedən döyüşlərdə iştirak edən Faiq Həsənov müharibə zamanı imkan düşdükcə yaşlı nənəsinin narahatlıq keçirməməsi üçün ona zəng edərək döyüşdən kənar yerdə olduğunu deyib.

Qeyd edək ki, 17 nəvəsi, 18 nəticəsi olan N.Həsənova ailəsi ilə birgə 1988-ci ildə ermənilərin təzyiqi nəticəsində Göyçə mahalından çıxmağa məcbur olub. Onlar ilk olaraq Bərdə, sonra isə Göygöl rayonunda məskunlaşıblar.

https://player.baku.tv/embed/33494

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024