Ankarada Miili Konqres və Mədəniyyət Mərkəzində Türkiyənin milli kosmik proqramının təqdimat mərasimi keçirilib.
Mərasimə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Dövlət başçısı çıxışında bildirib ki, bu gün əsrlər boyu yer üzündə ədaləti, əxlaqı və sülhü təmsil edən türk mədəniyətinin səma yoluna qapısı açılır.
“İlk yerli və milli peykimiz İmecenin inteqrasiya işləri tamamlanıb, hazırda sınaqlar keçirilir. Göktürk-3 peykinə gəlincə, onun sayəsində hava şəraitindən asılı olmayaraq, gecə və gündüz yüksək dəqiqlikli görüntü əldə edə biləcəyik.
Yaxın zamanda türk mühəndislərinin yazdığı proqramlarla təhlükəsizliyimizi tamamilə təmin edə biləcəyik. Zaman göstərdi ki, vaxtında pilotsuz uçuş aparatları istehsalına sərmayə yatırmaqla oyunu dəyişdirən tərəfdə yer almağı bacardıq.
Bəşəriyyətin bir qisminin deyil, hamının sülh və əminamanlıq içində yaşamasını təmin etmək üçün yenidən mədəniyyətimizi dirçəltmək məcburiyyətindəyik. Bu isə ilk növbədə Türkiyənin kosmik yarışda qət edə biləcəyi məsafədən asılıdır. Təkcə özümüz üçün deyil, sıxışdırılmış, faşizm və cinayətkar şəbəkələrin ümidinə buraxıılmış qərbli qardaşlarımız üçün də bunu etməyə məcburuq”, – deyə Ərdoğan bildirib.
Prezident Türkiyənin 2023-cü ildə yerli istehsal hibrid roketlə Aya sərt eniş edəcəyini də bəyan edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…