Kateqoriyalar: Ölkə

Mübariz İbrahimovun atası: “Bu il qəhrəmanın doğum günü fərqli qeyd edilir”

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.

“Report”un məlumatına görə, tədbirlərdən biri qəhrəmanın ata ocağında, Əliabad kəndindəki evində baş tutub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Milli Qəhrəmanın evi ziyarət edilib, ailəsi ilə görüş keçirilib.

Tədbir iştirakçıları görüş zamanı Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar: “Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük igidlik, mübarizlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölümün gözünə dik baxaraq Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirib”.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bu il ötən illərdən fərqli olaraq qəhrəmanın doğum günü Zəfər günündən sonra qeyd edilir. Bu da bizdə əlavə olaraq sevinc hissi yaradır”.

Ziyarətçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar.

Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlərə dünən rayonun bir sıra müəssisələrində və digər idarələrdə start verilib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024