Kateqoriyalar: Region

“Cocuq Mərcanlıdan Xocalıyadək!”

Hər növbəti gün daha bir günü tarixə çevirir. aranxeber.com xəbər verir ki, fevralın 17-də Azərbaycan  Respublikası Prezident Administrasiyasının razılıq məktubuna əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Cocuq Mərcanlıdan Xocalıyadək!” devizi altında tədbir keçirildi. Tədbir iştirakçıları öncə 2016-cı ilin aprelində gedən qısamüddətli savaş zamanı şəhid olanların xatirəsinə Horadiz şəhərində həsr edilən abidə kompleksini ziyarət etdilər. Daha sonra tədbir Cocuq Mərcanlı kənd Mədəniyyət Evində davam etdirildi. Toplantı “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi və Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirildi.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbi şagirdlərinin və bu təhsil ocağını bitirmiş gənclərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş edildi. “Xocalı qisasa çağırır bizi!” adlı kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Cocuq Mərcanlı kənd Mədəniyyət Evində keçirilən tədbir iştirakçılar tərəfindən hədsiz məmnunluqla alqışlandı. Tatarkən tam orta məktəbin şagirdlərinin təqdim etdikləri kompozisiyadan sonra Xocalı faciəsinin canlı şahidi Dürdanə xanım keçirdiyi səkkiz günlük əsirlik həyatından danışdı, o əsablı günlərin illərboyu unudulmayacağını söylədi.
Tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqda hazırlanmış və “Karvan”qrupunun ifasında lentə alınan klipin səsləndirilməsilə başa çatdı.

 

[Best_Wordpress_Gallery id=”48″ gal_title=”Cocuq Mərcanlı”]

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024