Kateqoriyalar: HadisəSaatlı

Saatlı sakinində narkotik aşkarlandı

Saatlı rayon sakinindən qurudulmuş marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz olaraq əldə edib daşınmasında şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxil olan məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən rayonun Mollavazili kənd sakini Xalid Fərəcov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindəki kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə X.Fərəcovun kənd ərazisindəki çöl sahədə polietilen torbada gizlətdiyi 365 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024