Kateqoriyalar: HadisəÖlkə

Təzyiq altında qalan Paşinyan, diktə edən tərəf Əliyev oldu – ŞƏRH

Dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirildi. Rusiyanın paytaxtı Moskvada Putinin dəvəti ilə keçirilən görüş ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderlərinin bir araya gəldiyi ilk görüş idi.

Bu səbəbdən də bu görüşdən gözləntilər çox idi. Dörd saat keçən qapalı görüşdən sonra tərəflər üçtərəfli növbəti Bəyanata imza atdılar. Budəfəki sənəddə 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması yönündə idi.

Moskva görüşü zamanı Rusiya və Azərbaycan Prezidentlərinin eyni mövqe nümayiş etdirməsi diqqət çəkdi.

Hər iki prezidentin ümumi, ortaq fikri belə oldu ki, münaqişə bitib, düşmənçilik etməkdənsə, indi irəliyə baxmağın zamanıdır. İndi bölgədə Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması, regionun inkişafı barədə düşünməyin vaxtıdır.

Azərbaycandan Ermənistan ərazisindən – Mehri şəhərindən keçməklə Naxçıvan Muxtar Respublikasına yolun açılması ölkəmizin Türkiyə ilə iqtisadi əlaqələrini genişləndirəcək. Həmin infrastrukturun dəmir yolu və avtomobil yolu ilə gerçəkləşməsini isə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə keçiriləcək İşçi qrupu müəyyənləşdirəcək.

Son Bəyanatdan bəlli olduğu kimi, yanvarın 30-dək bu İşçi qrupu ilk iclasını keçirərək bəzi məsələlərə aydınlıq gətirməlidir. Təbii ki, İşçi qrupunun əsas məqsədlərindən biri regionda nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılması, bu infrastrukturun regionun və ölkələrin inkişafına təsiri, yükdaşımalar və s. məsələlər barədə ölkə başçılarına layihə irəli sürmək olacaq. 

Bu məsələ iqtisadiyyatı çökmüş Ermənistanın da işinə yarayacaq. Rusiya ilə quru sərhədi olmayan Ermənistan Azərbaycan vasitəsilə bu imkana malik olacaq.

Bu Bəyanat Azərbaycan xalqının Dağlıq Qarabağla bağlı status məsələsində narahatlığının da qarşısını almış oldu. Çünki bu görüşədək Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində erməni əhalisinin yaşaması qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğunu sürdürəcəyinə dair fikirlər formalaşdırmışdı. 

Lakin Bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevin əvvəl də dediyi kimi, status məsələsi haqda heç nə yoxdur və əsas diqqət yolların açılması barədədir. Bir sözlə, Azərbaycan prezidentinin indiyədək səsləndirdiyi fikirlər bu Bəyanatda əks olunub. 

O ki qaldı Paşinyanın “status”la bağlı fikirlərinə, onu da anlamaq mümkündür. Çünki Paşinyandan aşkar şəkildə “münaqişə bitib”, “biz uduzmuşuq”, “status olmayacaq” kimi fikirləri dilə gətirməsini gözləmək absurd olardı. Onun paytaxt İrəvanı hansı şəraitdə tərk etdiyini unutmamalıyıq.

Ermənistan müxalifəti yolları kəsmiş, onu hava limanına buraxmaq istəməmişdi. “Daşnaktütun” kimi radikal partiya üzvləri isə Moskvada ermənilərin əleyhinə sənəd imzalayacağı təqdirdə onun ölkəyə buraxılmamasını tələb edirdi. Elə Moskvadakı Ermənistan səfirliyi önündə nümayiş keçirilməsi də Paşinyanın hansı təzyiq fonunda görüşə qatıldığını göstərir.

Bu səbəbdən də Paşinyanın fikirlərinə daxili auditoriyanı sakitləşdirməyə yönəlmiş açıqlama kimi baxmaq daha doğru olar. Göründüyü kimi, ikinci Bəyanatın müddəalarına da baxdıqda Azərbaycanın diqtə edən tərəf olduğunu görmək mümkündür.

Paşinyan hərbi əsirlərlə bağlı ilk Bəyanatdan irəli gələn məsələni həll etməyin mümkün olmadığından şikayətləndi. Yəni Azərbaycan sülh müqaviləsi imzalandıqdan sonra əsir düşən 62 erməni hərbçisinin Ermənistana verilməsinə razı olmadı. Çünki onlar Azərbaycanın nəzarətində olan ərazilərə müharibə bitdikdən – noyabrın 26-dan sonra hərbi basqın edib. Müharibə bitdiyi üçün onlar əsir yox, Azərbaycan ərazisində terror törətməyə çalışan cinayətkar kimi bizim qanunvericiliklə cəzalarını çəkməlidirlər.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024