Koronavirusu keçirənlər anticismin miqdarı “boz zona” səviyyəsinə enəndə COVID-19 peyvəndini vurdura bilərlər.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, virusologiya üzrə professor, biologiya elmləri doktoru, “Vektor” xüsusi təhlükəli infeksiyalar laboratoriyasının keçmiş müdiri Aleksandr Çepurnov deyib.
Onun sözlərinə görə, COVID-19 anticism testlərinin istehsalçıları fərqli şkalalardan istifadə etsələr də, hamısında “boz sahə” adlı göstərici var ki, bu da test nəticəsinin nə müsbət, nə də mənfi olduğunu göstərir. Anticismlərin sayı tədricən azaldığından hər yarım aydan bir yoxlanılmalıdır.
Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının müdiri Sergey Netesov bildirib ki, peyvənd virus infeksiyasının təqlididir:
“Əgər insanda hədd dəyərlərini üç-dörd qat aşan yüksək anticism titri varsa, bu zaman o peyvənd ediləndən daha az qorunmur”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…