Kateqoriyalar: BaşÖlkə

Əbülfəs Qarayev Böyük Britaniyaya səfər edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri Universitetində və universitetin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda “Bakı Prosesi”nin 10 illik yubileyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə bu ölkəyə səfər edib.

aranxeber.com “APA”-a istinadən xəbər verir ki,, səfər çərçivəsində nazir Koventri Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüş keçirib. Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyi və bununla bağlı qarşıdakı 4 il ərzində mədəni, sosial və iqtisadi layihələrin həyata keçiriləcəyi vurğulanıb. Ə. Qarayev Azərbaycanda həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı elan edilməsi, ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə mədəniyyət şəhərləri elan edilmə təcrübəsi barədə məlumat verib.

Daha sonra Azərbaycan prezidentinin Bakı Prosesi təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd edib. Martin Reeves öz növbəsində Koventri şəhərində 100-dən çox millətin nümayəndələrinin yaşadığını, şəhərin böyük miqrasiya axınına məruz qalmış şəhər olduğunu, buna görə də universitet ilə miqrantların inteqrasiyası, anlaşma və dialoq məsələləri ilə bağlı birgə layihələr həyata keçirildiyini bildirib.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024