Kateqoriyalar: BaşHadisəÖlkə

Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq

“Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”.

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.

“Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra  xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, – deyə o, əlavə edib.

O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.

“Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır”, – deyə o, bildirir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024