Kateqoriyalar: DünyaHadisə

ABŞ-da 70 ildə ilk dəfə edam olunacaq qadının ölüm cəzası əvvələ salındı – FOTO

ABŞ-da son 70 ildə ilk dəfə bir qadın edam olunacaq. Federal Apellyasiya Məhkəməsi bundan əvvəl aşağı instansiyanın onun haqqında verilən edam hökmünün təxirə salınması qərarını səhv adlandırıb.

Bu barədə “NBC News” xəbər yayıb.

Müttəhim Liza Montqomeri 2004-cü ildə hamilə qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinib.

Məlumata görə, həmin dövrdə hamiləliyi simulyasiya edən Liza Montqomeri öz qurbanı ilə tanış olub. Bir müddət internetdə danışdıqdan sonra onlar görüşməyə qərar veriblər. Burada cani hamilə qadını iplə boğub, sonra bətnini yararaq körpəni çıxarıb və özününkü kimi təqdim etmək istəyib. Lakin az bir müddət sonra onun cinayətinin üstü açılıb. Uşaq isə atasına qaytarılıb. Hazırda qızın 16 yaşı var.

Bundan əvvəl hökmün dekabrın 8-də inyeksiya yolu ilə həyata keçirilməsi planlaşdırlılırdı. Lakin onun vəkilləri koronavirusa yoluxdu. Onlara sağalmaq və qərarın yumşaldılması üçün vaxt vermək lazım idi. Bununla əlaqədar olaraq Dairə məhkəməsi edamı yanvarın 12-nə kimi təxirə saldı, lakin indi də bu qərar ləğv olundu və edam daha tez həyata keçirilə bilər.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024