Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəsmi heyətlə Bakıda iştirak etdiyi görüşə telefonla qatılaraq, oradakı Türkiyə əsgərlərini təbrik edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytında qeyd olunub.
“Oradakı varlığınız ölkələrimiz arasındakı münasibətlərin çatdığı nöqtəni göstərən şərəf nişanəsidir. Türkiyə olaraq hərbi zəfərini diplomatik müvəffəqiyyətə taclandırmaqda olan Azərbaycanın mübarizəsini döyüş meydanında və bütün beynəlxalq platformalarda dəstəkləyirik” .
O qeyd edib ki, keçmişi şan və şərəflə dolu olan türk ordusu əsrlər boyu olduğu kimi üç qitə və yeddi iqlimdə lazım gəldikdə canını ortaya qoyacaq, mübarizəsinə davam edəcək. Türkiyə əsgəri Azərbaycanda, xüsusən də ölkəmizdə və bütün dünyada “ölsəm, qazi, qalsam, şəhid olaram” inamı ilə ona verilən vəzifəni yerinə yetirəcək.
Azərbaycanla Ermənistan arasında atəşkəsə nəzarət olunmasını izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram.
Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim sizə yar olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…