İmişlinin şəhərdaxili avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri davam etdirilir. Növbəti asfaltlaşma işləri şəhərin X.Quliyev küçəsinin avtomobil yollarında aparılmışdır. Uzun illərdir təmir edilməyən yolun asfalt-beton örtüyünün dağılması nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranırdı. Aparılan əsaslı təmir işlərindən sonra əvvəllər mövcud olan problem öz müsbət həllini tapmışdır. Belə ki, X.Quliyev küçəsinin avtomobil yollarına qum-çınqıl materialları tökülərək hamarlandıqdan sonra asfalt örtük qoyulmuşdur. Uzunluğu 1830 metr olan avtomobil yoluna 10980 kv. metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.
Qeyd edək ki, İmişlinin şəhərdaxili avtomobil yollarında aparılan bu işlər müntəzəm xarakterlidir.
(X.Quliyev küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…