Kateqoriyalar: HadisəÖlkə

Şuşada fəaliyyət göstərən çörək istehsalı müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçdi

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki köməkliyin göstərilməsi məqsədilə müvafiq tədbirlər görülür.

İşğaldan azad edilmiş Şuşa şəhərində bu günlərdə fəaliyyətə başlayan çörək istehsalı müəssisəsi AQTA tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyinə “Azhun Holding” MMC tərəfindən Şuşa şəhəri, General Quliyev küçəsi, ev 7 ünvanında yerləşən çörək istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün müraciət daxil olub.

Çörək istehsalı müəssisəsi qanunvericiliyə uyğun olaraq 58-Q-00002 qeydiyyat nömrəsi ilə qida təhlükəsizliyi qeydiyyatına alınıb və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”nə daxil edilib. Agentlik tərəfindən sözügedən müəssisə lazımi metodiki-texniki dəstək ilə təmin edilib.

İşğaldan azad olunmuş ərazilərdə qida zəncirinin bütün mərhələlərinə uyğun yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması istiqamətində sahibkarlara Agentlik tərəfindən lazımi metodiki köməklik göstəriləcəkdir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024