Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir.
“Şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergi ödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcək”, – deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, vergi hesabatına bilərəkdən saxta məlumatları daxil edənlər və vergidən yayınmağa cəhd göstərənlər isə qanun qarşısında cavab verəcək: “Onlarla sərt, lakin qanunun müəyyən etdiyi çərçivədə davranılacaq. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır”.
Məlumatda o da qeyd olunub ki, sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə yerinə yetirməsi üçün mövcud sistem, vergi ödəyicilərinə göstərilən xidmətlər ödəyicilərin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdiriləcək.
Nazirlikdən qeyd ediblər ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı tədbirlərə də başlanılıb: “Vergilər Nazirliyi ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, onları eşitməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır. Vergi ödəyicilərindən isə intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…