Sink koronavirusun çoxalmasına maneə yaradan yeganə metaldır. Onun COVID-19-un müalicəsində əksər hallarda digər dərman və ya əlavələrlə istifadəsinə dair 30-dan çox tədqiqat var.
Həkim-endokrinoloq Aysel Zeynalova Media.Az-a bu barədə danışıb.
“Koronavirusda sinkə ikiqat önəm veririk. Birincisi, sink immunitet sistemimizi dəstəkləyən vacib mikroelementdir. O, yoluxucu proseslərə həssaslığı azaldır və eyni zamanda xəstəliyin müddətini qısaldır. İkincisi, sink qoxu və dadbilmə hisslərinin qorunmasında iştirak edir. COVID-19-un ümumi əlamətlərindən biri də onların itkisidir, buna görə də sinkin onların bərpa olunmasında rolu böyükdür”.
Həkimin sözlərinə görə, sink çatışmazlığı saç tökülməsinə, yaraların gec sağalmasına, sızanaqlara, zəif qoxu hissinə, impotentliyə və əsas da immunitetin zəifləməsinə səbəb olur.
Endokrinoloq qeyd edib ki, vətəndaşlarımızın çoxu ət yeməyi sevirlər və sink ən yaxşı heyvan qidalarından sorulur. Buna görə də, onun çatışmazlığı əsasən bizim üçün xarakterik deyil:
“Vegeterianlarda bitki mənşəli qidalardan sink az sorulduğundan, veqanlarda pəhrizdə heyvan məhsullarının tamamilə olmamasından və müntəzəm olaraq dieta saxlayanlarda sink çatışmazlığı müşahidə edilir”.
Həkim sink çatışmazlığının özünü hansı hallarla göstərməsindən də bəhs edib:
“Bəzi insanlar daim soyuqdəymə ilə qarşılaşır, bəzilərinin qəfildən saçları tökməyə başlayır, bəzilərində isə ümumiyyətlə heç bir simptom olmaya bilər. Yeri gəlmişkən, uşaqlarda bu böyümənin ləngiməsində özünü biruzə verir”.
Həkim qeyd edib ki, sinki profilaktik dozalarda kişilər 11 mq, qadınlar 8 mq, uşaqlar yaşından asılı olaraq 2-8 mq, veqanlar isə – 12-16 mq qəbul edə bilərlər.
O, ətin, dəniz məhsullarının sinklə zəngin olduğunu bildirib.
“Sink, dəmir və mis dediyimiz kimi sorulma uğrunda davamlı mübarizə içərisindədir. Bu mikroelementlərdən biri daha çoxdursa, qalanları daha az dərəcədə sorulur. Beləliklə, uzun müddətli sink istehlakı ilə mis və dəmirin sorulması azalır, bu da immunitetin azalmasına və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bundan əlavə, həddindən artıq dozada qəbul ürək bulanması, ishal, qarın ağrısı və ağızdakı metal dadı verə bilir”, – deyə həkim vurğulayib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…