Kateqoriyalar: HadisəÖlkə

Azərbaycanlı icma üzvləri Türkiyəli diplomatla görüşüb

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən azərbaycanlı icmasının bir qrup üzvünün Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgürlə görüşü keçirilib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Görüş zamanı icma üzvləri Mehriban Nəsib, Esmira Əsgərova və Elnur Səfərov baş konsula soydaşlarımızın fəaliyyəti haqqında ətraflı məlümat veriblər. Onlar bildiriblər ki, Azərbaycan həqiqətləri ilə bağlı keçirilən müxtəlif tədbirlərdə və aksiyalarda hər zaman Türkiyə diasporunun dəstəyini hiss ediblər. Ermənistanın 12 iyul tarixli Tovuz təxribatları və 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində “Bir millət, iki dövlət”in diaspor təşkilatları bir araya gələrək Azərbaycan dövlətinə dəstək aksiyaları keçiriblər. Soydaşlarımız göstərdiyi fədakarlığa görə Türkiyə diasporuna təşəkkür ediblər. 

Baş konsul Reyhan Özgür qazandığı parlaq Zəfərə görə qardaş Azərbaycanı təbrik etdiyini bildirib. Qeyd edib ki, Qarabağın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xəbəri bütün Türkiyədə sevinclə qarşılanıb. Azərbaycan və Türkiyə həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatlarımızın birgə fəaliyyətindən məmnunluq ifadə edilib.

Görüş zamanı 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr və Türkiyə diasporu ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024