Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammı haqqında məlumatları müzakirə edəcək.
Bu barədə ÜST-nin Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge “Twitter” hesabında yazıb.
“ÜST-nin Avropa üzrə Regional Bürosu test strategiyalarını müzakirə etmək və (virusun) yoluxma risklərini azaltmaq üçün üzv ölkələri iclasa toplayacaq”, – deyə o qeyd edib.
O bildirib ki, daha çox məlumat əldə edilməsinə qədər yayılmaya şərait yaradacaq səyahətləri məhdudlaşdırmaq məqsədəuyğundur.
Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni növünün yayılması ilə əlaqədar, bir sıra dövlətlər Britaniya ilə nəqliyyat əlaqəsini dayandırıblar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…