Kateqoriyalar: İdman

Azərbaycanlı qadın hakim: “Adımın kişilərin arasında göstərilməyi çoxlarını çaşdırıb” – FOTO

“Artıq altıncı ildir ki, mənim adım FIFA referisi kimi təsdiqlənir. Sadəcə olaraq, bu dəfə adım kişi hakimlərin arasında göstərilib. Bu isə UEFA-nın gender bərabərliyi ilə bağlı tələbindən irəli gəlir. Əvvəl adım ayrıca göstərilirdi”.

Bunu Azərbaycanın qadın futbol hakimi Yuliya Qurbanova Oxu.Az-a açıqlamasında bildirib.

“Saytlarda mənim Azərbaycanın ilk qadın futbol referisi kimi yazılmağımdan sonra çoxlu təbriklər aldım. Mən də deyirəm ki, əvvəllər də FIFA referisi olmuşam. Sadəcə, indi adımın üç kişi referi arasında göstərilməsi çoxlarını çaşdırıb. Həmçinin mənim çimərlik futbolu üzrə referi olduğum da yazılıb. Bu da səhvdir. Yeganə dəyişiklik qadın yan xətt hakimlərindən Gülnurə Əkbərzadəyə Sevda Nuriyevanın qoşulmasıdır”.

Yuliya Qurbanova bildirib ki, o, beynəlxalq matçlar zamanı kişilərin oyununa təyinat ala bilməz:

“Beynəlxalq oyunlarda ancaq qadın komandaların oyunlarında idarəçilik edə bilərəm. Mən üçüncü kateqoriyada olduğum üçün beynəlxalq oyunlarda kişilərin oyunlarına təyinat almıram. Ümumiyyətlə, elit kateqoriyalı qadın hakimlər cəmi üç nəfərdir. Onlar Almaniya (Bibiana Ştaynhausu nəzərdə tutur – S.M.), Fransa və Ukraynadandır. Bu hakimlər elit kateqoriyalı olduqlarından kişilərin oyunlarına təyinat ala bilirlər.

Azərbaycanda isə qızlar liqası və oğlanlarda 15-16 yaşadək oğlanların yarışlarına təyinat alıram. Ancaq martdan bəri bu çempionatlar keçirilmədiyindən, yoxlama oyunlarını saymasaq, hakimlik etmirəm”.

O, indiki durumundan da danışıb:

“Hazırda işsiz kimiyəm. Əvvəl Bakı Su İdmanı Mərkəzində əsasən velosiped məşqləri keçirdim. Ancaq indi ora da pandemiyaya görə bağlı olduğundan, ancaq onlayn məşqlərlə kifayətlənirəm. Buna görə qonorar alıram…

19 yaşadək qızların Avropa çempionatının seçmə mərhələ oyunları fevral ayına keçirilmişdi, yəqin ki, o da ləğv olunacaq. Ola bilsin ki, həmin matçlar mart, aprel, may aylarında baş tutsun”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024