Kateqoriyalar: DünyaHadisə

Ermənistanın baş naziri: “Uzun illər səhv etmişik”-ARANXEBER

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin uzun illər səhv etdiklərini deyib.

Aranxeber xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ermənilər reallıqla üzləşməli və uzun illər səhv etdiklərini etiraf etməlidirlər.

“Səhvlərimiz sistemli, konseptual, dolğun xarakter daşıyırdı. Bütün bunlar hətta dövlət institutlarımız üçün təhlükə yaradan nəticələrə gətirib çıxardı. Bunu baş nazir olanda və bundan sonra başa düşdüm? Əlbəttə, bəli.

Vəziyyəti dəyişdirməyə çalışdım? Əlbəttə, bəli. Ancaq indi daha da əminəm ki, tarixin hərəkət edən çarxını dayandırmaq üçün sadəcə vaxt yox idi”, – deyə baş nazir bildirib.

O, baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü və xalqın verəcəyi hər bir qərarı itaətkarlıqla qəbul edəcəyini deyib.

“Bu, əlbəttə ki, müharibə şəraiti ilə bağlı bir araşdırma aparmaq lazım olmadığı və konkret epizodların günahkarlarını tapıb məsuliyyətə cəlb edilməməsi demək deyil, əksinə, reallığın daha dərindən təhlilinə ehtiyacımız var, çünki baş verənlər bir və ya bir neçə insanın cəmi bir neçə illik səhvlərinin nəticəsi ola bilməz”, – deyə Paşinyan qeyd edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024