Bərdə-Köçərli dəmir yolu xətti bərpa olunacaq.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenin rəis müavini Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, bu xətt ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdədən Ağdama gedən bir hissəsdir:
“Bildiyimiz kimi, Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması üçün Cənab Prezident sərəncam imzaladı. Azad olunmuş ərazilərdə düşmənə aid olan xeyli sayda partlamayan mina var və bunların hamısı aidiyyəti qurumlar tərəfindən təmizlənəcək. Bu işlər qurtardıqdan sonra isə tikinti işlərinə start veriləcək.
Dəmir yolunun tikintisi asan iş deyil, orada relslərin döşənməsi üçün öncə torpaq yatağında işlər görmək lazımdır. Bunlar edildikdən sonra artıq dəmir yolunun üst quruluşunda işlər görüləcək. Hazırda bu xəttin yalnız Yevlaxdan Köçərliyə qədər olan hissəsi fəaliyyətdədir və qeyd edim ki, bu hissə də bərpa olunacaq”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…