Kateqoriyalar: HadisəÖlkə

Düşmənin dağıtdığı Şuşada həyatın bərpası ilə bağlı daha bir VACİB ADDIM – FOTO

Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən “Azərsu” ASC işğaldan azad olunmuş Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir.

Qurumdan verilən məlumata görə, Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib.

Şuşa şəhərinin içməli su təchizatının dayanıqlığını təmin etmək və Kiçik Kirs mənbəyindən asılılığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub.

Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 km məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib.

“Azərsu”nun Bakıdan və Cəbrayıl sukanal sahəsindən ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırıb, kəmərin sıradan çıxmış hissələri dəyişdirilib.

Eyni zamanda, mənbədə olan üç sugötürücü qurğudan ikisində təmir-bərpa işləri başa çatdırılaraq mənbənin məhsuldarlığı artırılıb. Kəmərlə nəql olunan içməli suyun mərkəzi anbara və buradan da şəhər şəbəkəsinə ötürülməsi təmin edilib.

Anbarda generator quraşdırılıb, hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici qurğu istismara verilib. Şəhərin anbardan yüksəklikdə yerləşən ərazilərinin su təminatının aparılması məqsədilə anbarda yeni nasos quraşdırılıb. Eyni zamanda, zərurət yarandıqda suyun maşınlarla daşınması üçün sudoldurma məntəqəsi yaradılıb.

Hazırda Şuşa şəhərinin daxili paylayıcı su şəbəkəsinin sıradan çıxmış və qəzalı hissələrinin təmiri davam etdirilir, su almayan bina və tikililərin su təchizatı bərpa edilir.

Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmən tərəf şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb.

Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilməsi təmin olunub.

Mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrdə yaranan problemlərin operativ həlli məqsədilə “Azərsu”nun mühəndis-texniki heyəti və qəza briqadası tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024