Kateqoriyalar: HadisəÖlkə

“YAŞAT” Fonduna ianə edən vətəndaşların NƏZƏRİNƏ

Son günlər “YAŞAT” Fondunun adından istifadə edilməklə vətəndaşlara ianələrin ödənişi üçün saxta hesab nömrələri, linklər təqdim olunur, sosial şəbəkələrdə saxta səhifələr yaradılır. Bu cür linklərdə, sosial şəbəkələrdəki paylaşımlarda tamamilə təhrif olunmuş məlumatlar əks olunur.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) məlumat yayıb.

Agentlik bildirir ki, bu cür addımların həyata keçirilməsi yolverilməzdir və həmin şəxslər barəsində qanunamüvafiq, tam ciddi məsuliyyət tədbirləri həyata keçiriləcək:

“Bu cür hallarla qarşılaşan vətəndaşlarımızdan xahiş olunur ki, “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələrinə və 108 “Çağrı” Mərkəzinə müraciət etsinlər.

“YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələri aşağıdakılardır: 
“Facebook” –  https://www.facebook.com/YASHATFondu
“İnstagram”- https://www.instagram.com/yashatfondu/
“Twitter” – https://twitter.com/yashat_fondu
“Linkedin” – www.linkedin.com/company/yaşat-fondu/

Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, SMS, bank köçürməsi və ödəmə terminalları vasitəsilə toplanılacaq. Hazırda “ASAN ödəniş” portalı vasitəsilə də Fonda ianə göndərmək mümkündür.

Keçid: https://asanpay.az/ 

“YAŞAT” Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024