Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 240 nəfər ölüb. Bu, Türkiyədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir.
Aranxeber xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 205 397 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 29 718 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 29 922, ağır xəstə sayı 5966 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 928 165 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 691 113 nəfər sağalıb, 17 121 nəfər isə ölüb.
Onu da bildirək ki, dünya miqyasında COVID-19 infeksiyasına yoluxanların sayı 74 milyonu keçib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…