Kateqoriyalar: İdman

“Mil-Muğan” qalib gəldi

Futbol üzrə Azərbaycan çempionatının I dəstəsində ikinci dövrəyə start verilib. İmişlini bu liqada təmsil edən “Mil-Muğan” klubu Ağsunun eyniadlı komandası ilə qarşılaşıb.

aranxeber.com xəbər verir ki, Heydər Əliyev adına şəhər stadionunda keçirilən qarşılaşma qarşılıqlı hücumlarla başlayıb. Oyunun əvvəlində meydan sahiblərinin qapıçısı Çərkəz Həsənov zədələnərək əvəzlənib. Birinci hissənin sonlarına yaxın İmişli təmsilçisi ərazi üstünlüyünə tam yiyələnərək hücumları daha da gücləndirib. “Mil-Muğan” bunun nəticəsi olaraq 42-ci dəqiqədə hesabı açıb. Künc zərbəsindən qaldırılan topu komandanın kapitanı Samir Babayev qapıdan keçirib.

İkinci hissə də “Mil-Muğan”ın hücumları ilə başlayıb. Qonaq komanda bu hücumlara 77-ci dəqiqəyə qədər dözə bilib. Elxan Məmmədovun yaxın məsafədən vurduğu topu qapıçı qaytarsa da, özünü yetirən Şahin Əliyev onu baş zərbəsi ilə qapıdan keçirib. 90-cı dəqiqədə qonaq komandanın müdafiəçiləri Elxan Məmmədovu cərimə meydançasında kobudluqla dayandırıblar. Samir Babayev penaltini dəqiq yerinə yetirib: 3:0.

Əsas vaxta əlavə olunmuş dəqiqələrdə İmişi klubu hesabı yenidən dəyişib. Şahin Əliyevin güclü zərbəsi qarşısında “Ağsu”nun qapıçısı aciz qalıb. O, topa toxunsa da, qola mane ola bilməyib.

Beləliklə, Samir Babayev və Şahin Əliyevin dublları sayəsində “Mil-Muğan”
“Ağsu”ya 4:0 hesabı ilə qalib gəlib.

[Best_Wordpress_Gallery id=”43″ gal_title=”“Mil-Muğan” qalib gəldi”]

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024