“ İsrail rejiminin dəlicəsinə həyata keçirdiyi əməliyyatların səbəbi onların dəhşətə düşməsidir ”.
aranxeber.com-ın “APA”-a istinadən verdiyi məlumata görə, bu sözləri İran İnqilab Keçikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasım Süleymani 10 il öncə sui-qəsd nəticəsində öldürülmüş “Hizbullah”ın yaradıcılarından biri – İmad Muğniyənin xatirəsinə həsr olunmuş mərasimdə deyib. “İmad Muğniyə və onun kimi İsrail tərəfindən öldürülənlərin qisasını bir raket atmaq və ya bir insanı öldürməklə almaq olmaz. Bəlkə də İsrail rejiminin bütün təməlini məhv etmək lazımdır”, – deyə Q. Süleymani vurğulayıb.
Qeyd edək ki, İmad Muğniyə 2008-cı il fevralın 12-də İranın Suriyadakı səfirliyində islam inqilabının ildönümü ilə əlaqədar təşkil olunan tədbirdən qayıdarkən sui-qəsdə məruz qalıb. Onun avtomobili partladılıb. Hadisə nəticəsində Muğniyə və daha 2 nəfər ölüb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…